Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93289
az

Quru sərhədlərlə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Növbəti sentyabr ayından...

21:2702 Avqust, 2023
155
CƏMİYYƏT
  • A

Hazırda ölkədə vətəndaşların böyük əksəriyyətini maraqlandıran mövzulardan biri də quru sərhədlərinin hələ də açılmamasıdır. Qeyd edək ki, quru sərhədlərinin bağlanması pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərdən biri idi. Baxmayaraq ki, karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər artıq aradan qaldırılıb, lakin hələ də sərhədlərin açılması, gediş-gəlişin tam şəkildə bərpa olunması əsas problemlərdən biri kimi qalır.

OXU24.COM  xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması mövzusu hələ də öz aktuallığını qoruyur və bununla bağlı yeniliklər yaxın zamanda gözlənilmir:

"Sərhədlərin açılması mövzusu, xüsusilə, növbəti sentyabr ayından başlayaraq təhsil almağa gedən tələbələri, müalicə almaq üçün xaricə üz tutan xəstələri ciddi şəkildə narahat edir. Turistik səfərləri müəyyən qədər başa düşmək olar. Amma bu kateqoriyadan olan insanlar üçün mütləq bir həll yolu düşünülməlidir. Quru sərhədlər açılmalıdır. Çünki bu məsələ ciddi şəkildə insan taleyinə təsir edən, onların problem yaşamasına gətirib çıxaran bir haldır və bunun qarşısını da biz hansısa formada almalıyıq. Mütləq şəkildə sərhədlərin açılması bu kateqoriyadan olan insanlar üçün təmin etməliyik ". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı