Qaynar xətt:

(+99450) 247 90 86

Mübariz Mənsimovun atasının 40 məclisinə məşhurlar axın etdi - FOTO

Mübariz Mənsimovun atasının 40 məclisinə məşhurlar axın etdi - FOTO

CƏMİYYƏT

407

29.07.2023, 20:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Bakıda Heydər məscidində "Palmali" şirkətinin prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun mərhum atası Qurbanəli Mənsimovun 40 mərasimi təşkil olunub.

 bildirir ki, bu barədə "Palmali"nin mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.

1000-dən çox insanın iştirak etdiyi mərasimə elm, sənət, incəsənət, idman, siyasət adamları, şəhid ailələri və qazilər, o cümlədən ictimaiyyət nümayəndələri qatılıb.

Məhkəmə qərarı səbəbiylə Mübariz Mənsimov mərasimə qatıla bilməyib. İş adamı mərhum atasının məzarını ziyarət edənlərə canlı video bağlantı vasitəsilə minnətdarlığını çatdırıb. Mübariz Mənsimovun kövrək çıxışı atasının məzarı başına toplaşanları kövrəldib.