Qaynar xətt:

(+99450) 247 90 86

DİN-dən görüntüləri yayılan uşaqlarla bağlı açıqlama

DİN-dən görüntüləri yayılan uşaqlarla bağlı açıqlama

CƏMİYYƏT

330

29.07.2023, 17:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvanda dini mərasimə qatılan azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

Həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - məlumatda deyilir.