“İgid əsgər, möhkəm dayan” mahnısı ona həsr olunubmuş -VİDEO
29 Sentyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
360
28.07.2023, 23:16
İnsanların son vaxtlar şikayət etdiyi xəstəliklərdən biri yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Bu zaman Günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında "yay qripi" və ya "gün qripi" də deyirlər. Əlamətləri qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir.
OXU24.COM bildirir ki, məsələ ilə bağlı Referans.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla bildirib ki, yay vaxtı yayılan bu kimi xəstəliklərlə bağlı rəsmi məlumat verilmir, amma insanlarda buna yoluxma halları baş verir: "Yay aylarında hətta pandemiyadan qabaq da, bəzən görürdük ki, bir ailədə və ya kollektiv yerlərdə infeksiyaların yayılmasını müşahidə edirdik. Hazırda pandemiya bitsə də, omikronun mutasiyası davam edir. Buna görə bu da nəzərə alınmalıdır. Digər tərəfdən yuxarı tənəffüs yollarında kəskin respirator infeksiyalar törədən xeyli viruslar var. Bunlar hamısı istənilən vaxt fəallaşır və insanda problemlər yaradır".
Adil Qeybulla bildirir ki, yay aylarında qripin özü də aktiv olur. Onun sözlərinə görə, digər aylara nisbətən yay aylarında qripə yoluxan zaman bunun fəsadları ağır olur: "Qripin özü haqqında belə birmənalı olaraq kəsin bir şey deyə bilmirik. Bu labaratoriyada idetifikasiya olunmalıdır və rəy bildirilməlidir. Məsələ bundadır ki, bu aylarda yaylan bu infeksiyanı təkcə soyuğa bağlamaq düzgün deyil. Soyuğun da yolu çoxdur. Amma bu yayılmış qrip istənilən temperaturda yayıla bilər və epidemiya törədə bilər. Bu nəfəs yolu ilə yayılan bir infeksiyadır".

Xəstəliyi olan şəxslərin maska geyinməsi məsləhət olunur. Eyni zamanda işə getməsələr daha yaxşı olar. İcazə alıb evdə müalicə rejimində qalmaqları daha uyğun olar. Sağlam şəxslər isə özlərini qorusunlar. Bu infeksiya bağlı tibbdə və əlimizdə çox da məlumat yoxdur. Sadəcə keçici və adi qrip formasında olduğunu bilirik - deyə Adil Qeybulla qeyd edib.
14:00 / 29 Sentyabr 2026
24
13:58 / 29 Sentyabr 2026
25
13:45 / 29 Sentyabr 2026
100
13:40 / 29 Sentyabr 2026
38
13:36 / 29 Sentyabr 2026
36
13:25 / 29 Sentyabr 2026
166
13:24 / 29 Sentyabr 2026
84
13:22 / 29 Sentyabr 2026
60
13:18 / 29 Sentyabr 2026
54
13:10 / 29 Sentyabr 2026
46
13:04 / 29 Sentyabr 2026
183
12:52 / 29 Sentyabr 2026
72
12:48 / 29 Sentyabr 2026
108
12:42 / 29 Sentyabr 2026
68
12:35 / 29 Sentyabr 2026
53
12:29 / 29 Sentyabr 2026
56
12:23 / 29 Sentyabr 2026
52
12:17 / 29 Sentyabr 2026
141
12:14 / 29 Sentyabr 2026
432
12:10 / 29 Sentyabr 2026
96
12:08 / 29 Sentyabr 2026
139
12:05 / 29 Sentyabr 2026
54
11:55 / 29 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.