Qaynar xətt:

(+99450) 247 90 86

Qaxda bəy toy günü 25 yaşlı oğlanı bıçaqladı

Qaxda bəy toy günü 25 yaşlı oğlanı bıçaqladı

CƏMİYYƏT

396

26.07.2023, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaxda bəy toy günü Gədəbəy sakinini bıçaqlayıb.

Məlumata görə, hadisə rayonda yerləşən şadlıq evində qeydə alınıb.

Hadisə mübahisə əsnasında baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 25 yaşlı Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.