Qaynar xətt:

(+99450) 247 90 86

Mövsümi məhsul yerlərdə ucuz, Bakıda isə çox bahadır - Səbəb nədir? - VİDEO

Mövsümi məhsul yerlərdə ucuz, Bakıda isə çox bahadır - Səbəb nədir? - VİDEO

CƏMİYYƏT

406

25.07.2023, 14:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyul ayının son həftəsi olmasına baxmayaraq, bölgələrdə kiloqrqmı 10 qəpiyə satılan xiyarın qiyməti Bakıda "əl yandırır".

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, pomidorun qiyməti  bölgələrdə 40  qəpik, topdan sartışda isə 50-60 qəpikdən təklif olunur. Yemiş 25-30, qarpız isə 50 qəpikdən satılır. Söhbət topdansatış qiymətlərindən gedir.

Maraqlıdır, paytaxt bazarlarında mövsümi tərəvəzlərinin qiyməti neçəyədir?

Bazarda hər iki məhsul çox olsa da, alıcı qıtlığı yaşanır. Satıcılar bunu yay fəslində insanların istirahətə getməsi ilə əlaqələndirilər.
 

Alıcılardan isə qiymətdən razı olan da, narazı qalan da var.

Qiymətin ilin bu fəslində bu qədər baha olmasına gəlincə, satıcılar bunu yerli məhsullara xarici bazarlarda daha çox tələbat olması ilə əlaqələndirilər. Onlar deyir ki, Rusiya bazarlarına yerli məhsulların satışı paytaxt bazarlarında qiymətlərin enməsinə imkan vermir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.