Qaynar xətt:

(+99450) 247 90 86

Telefonu bu cibə heç vaxt qoymayın: İstifadəçilərin səhvi

Telefonu bu cibə heç vaxt qoymayın: İstifadəçilərin səhvi

CƏMİYYƏT

414

22.07.2023, 22:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir çox insan öz mobil cihazını şalvarların arxa cibinə qoymağa vərdiş edib.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, bu mobil cihazın zəif işləməsinə və ya hətta tam sıradan çıxmasına səbəb ola biləcək ciddi bir səhvdir.

Odur ki, əgər insanda belə bir vərdişiniz varsa, o zaman ondan əl çəkmək məsləhətdir.

Bəs, bunun nə kimi təhlükələri var?

Ən birinci təhlükə onun cibdən düşmə ehtimalıdır. Məsələn, paltar dəyişdirərkən istifadəçi heç bilmədən mobil cihazın düşməsinə səbəb ola bilər. Bu çox yayğın bir hadisədir.

Ekranın zədələnməsi riski

Əgər siz hər hansı bir yerdə oturacaqsınızsa, bu zaman telefonunuzun arxa cibdə olduğu  yadınızdan çıxa bilər. Bu zaman smartfonun displeyinin ciddi şəkildə zədələnmə ehtimalı var. Bu zaman hətta ekran çatlaya da bilər.

Smartfonun deformasiya riski

İnsan gəzərkən cibində olan smartfonun korpusu daim bədənin formasını ala bilir. Belə bir vəziyyətdə cihazın daxili komponentləri zədələnir.