Qaynar xətt:

(+99450) 247 90 86

Doğuş üçün ən təhlükəsiz yaş həddi... - Alimlərin araşdırması

Doğuş üçün ən təhlükəsiz yaş həddi... - Alimlərin araşdırması

CƏMİYYƏT

392

22.07.2023, 16:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Macarıstanın "Semmelweis" Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaşı müəyyən ediblər.

OXU24.COM  Ölke.az-a istinadən xəbər verir ki, alimlər 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu bildirirlər.

Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil ediblər.

Doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığını təyin etməyə çalışan tədqiqatçılar, 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş olduğunu təyin ediblər.

Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələr Daun sindromu, ürək xəstəliyi, dodaq və damaq yarığı kimi xəstəliklərlə daha çox qarşılaşırlar.

Gənc yaşda dünyaya gələn körpələrdə dodaq və damaq yarığı riskinin 9%, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin 45% olduğu bildirilib.