“İgid əsgər, möhkəm dayan” mahnısı ona həsr olunubmuş -VİDEO
29 Sentyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
418
21.07.2023, 23:59
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 22-23 iyul tarixlərində "Kənddən Şəhərə" həftəsonu yarmarkası keçiriləcək.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınacaq.
15:10 / 29 Sentyabr 2026
1
14:56 / 29 Sentyabr 2026
48
14:40 / 29 Sentyabr 2026
41
14:21 / 29 Sentyabr 2026
87
14:15 / 29 Sentyabr 2026
58
14:08 / 29 Sentyabr 2026
66
14:00 / 29 Sentyabr 2026
55
13:58 / 29 Sentyabr 2026
53
13:45 / 29 Sentyabr 2026
165
13:40 / 29 Sentyabr 2026
57
13:36 / 29 Sentyabr 2026
48
13:25 / 29 Sentyabr 2026
234
13:24 / 29 Sentyabr 2026
173
13:22 / 29 Sentyabr 2026
126
13:18 / 29 Sentyabr 2026
63
13:10 / 29 Sentyabr 2026
51
13:04 / 29 Sentyabr 2026
231
12:52 / 29 Sentyabr 2026
86
12:48 / 29 Sentyabr 2026
124
12:42 / 29 Sentyabr 2026
78
12:35 / 29 Sentyabr 2026
62
12:29 / 29 Sentyabr 2026
63
12:23 / 29 Sentyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.