Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92979
az

Kişi 60 ildən sonra məktəb sevgisinə qovuşdu - Evlilik təklifi etdi - VİDEO

23:5221 İyul, 2023
160
CƏMİYYƏT
  • A

Amerikanın Florida ştatının Tampa şəhərinin sakini Tomas MakMikin məktəb vaxtı sevdiyi qıza 60 il sonra evlilik təklifi edib.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, MakMikin və Nensi Qambell Kaliforniyanın Quincy şəhərində orta məktəbdə tanış olublar.

"Uzaqdan bir-birimizə həmişə heyran olmuşuq. Heç vaxt düşünməzdim ki, onunla nə vaxtsa yenidən birlikdə olacam", - kişi etiraf edib.

McMeekin və Gambell məktəb vaxtı bir neçə dəfə görüşüblər. Amma məsələ heç vaxt ciddi münasibətə çatmayıb. Məktəbi bitirdikdən sonra isə hər ikisi ailə qurub və bir-birilərini unudub. Ta ki, bu günə qədər...

Onlar bir neçə müddət sonra yenidən qarşılaşıb və görüşüblər. Həmin an MakMikin və Qambell evli olduqları üçün əlaqələrini davam etdirməyiblər.

Ancaq hər şey 2023-cü ilin iyununda, kişi növbəti məzunların görüşünə dəvət alanda dəyişib. Daha sonra Qambelldən mesaj alıb. Belə ki, Qambell MakMikinə yazaraq onu görmək istədiyini bildirib.

Görüşdükdən sonra MakMikin ilə Qambell yenidən bir-birilərinə aşiq olub və görüşməyə başlayıblar. Kişi dərhal sevgilisinə evlilik təklifi etmək qərarına gəlib. O, sevgilisini Tampa hava limanında qarşılayıb.

Orada MakMikin Gambbellə boyunbağı hədiyyə edib. Daha sonra isə bir dizi üstə çökərək evlilik təklifi edib:

"Səninlə qocalmaq, hər səhər sənin qucağında oyanmaq, arzu və istəkləri bölüşmək, gülmək və ağlamaq, kədərdə və sevincdə bir yerdə olmaq istəyirəm. Mən səni sözlərin ifadə edə biləcəyindən daha çox, təsəvvür etdiyindən daha çox sevirəm. Mən həyatımın qalan hissəsini sənə bunu sübut etməyə və səni dünyanın ən xoşbəxt qadınına çevirməyə sərf etmək istəyirəm".

Gambbell bu təklifə hə cavabını verib.

"Çox gözəldir, çünki çox vaxtımız qalmayıb. Və bunu səninlə keçirmək sadəcə bir hədiyyədir ",-deyə qadın bildirib.

Bir neçə gün sonra cütlük toy üzükləri alıb və indi Kaliforniyada toy etməyi planlaşdırırlar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FİFA bu qadağanı götürür
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil