“İgid əsgər, möhkəm dayan” mahnısı ona həsr olunubmuş -VİDEO
29 Sentyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
287
21.07.2023, 20:52
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika - Ümumi Tələblər" dövlət standartı qəbul edilib.
Oxu24.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən qəbul edilmiş normativ sənədlərin ölkə ərazisində istehsal olunan məhsullara tətbiqi, insanların həyat və sağlamlığının qorunması, halal məhsulların ümumi istifadəsinə şəraitin yaradılması, idxal və ixrac zamanı yaranan çətinliklərin aradan qaldırılması və İƏT-ə üzv dövlətlərin qlobal iqtisadiyyatda bazar mövqelərinin möhkəmlənməsi nəzərə alınaraq müvafiq sahədə standartın hazırlanmasına ehtiyac yaranıb.
Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması, və paylanmasını müəyyən edir. Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək.
Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir.
OIC/SMIIC 4:2018 “Halal Cosmetics - General Requirements” standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS OIC/SMIIC 4:2023 "Halal Kosmetika - Ümumi Tələblər” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, “Gazelli Group" MMC ilə razılaşdırılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
15:10 / 29 Sentyabr 2026
33
14:56 / 29 Sentyabr 2026
58
14:40 / 29 Sentyabr 2026
47
14:21 / 29 Sentyabr 2026
102
14:18 / 29 Sentyabr 2026
12
14:15 / 29 Sentyabr 2026
60
14:08 / 29 Sentyabr 2026
74
14:00 / 29 Sentyabr 2026
56
13:58 / 29 Sentyabr 2026
56
13:45 / 29 Sentyabr 2026
172
13:40 / 29 Sentyabr 2026
59
13:36 / 29 Sentyabr 2026
50
13:25 / 29 Sentyabr 2026
250
13:24 / 29 Sentyabr 2026
181
13:22 / 29 Sentyabr 2026
132
13:18 / 29 Sentyabr 2026
66
13:10 / 29 Sentyabr 2026
53
13:04 / 29 Sentyabr 2026
236
12:52 / 29 Sentyabr 2026
86
12:48 / 29 Sentyabr 2026
124
12:42 / 29 Sentyabr 2026
78
12:35 / 29 Sentyabr 2026
62
12:29 / 29 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.