Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU
29 Sentyabr 2026, 16:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
19.07.2023, 08:26
Kapital Bank tələbələr üçün təqaüd proqramı elan edir
Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən Kapital Bank tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər.
Təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan.
Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar. Yuxarıdakı meyarlara uyğun olan tələbələr vaxt itirmədən, link vasitəsilə təqaüd proqramına müraciət edə bilərlər – //kbl.az/klbtp23.
Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.
16:56 / 29 Sentyabr 2026
7
16:46 / 29 Sentyabr 2026
102
16:31 / 29 Sentyabr 2026
48
16:24 / 29 Sentyabr 2026
38
16:19 / 29 Sentyabr 2026
178
16:14 / 29 Sentyabr 2026
46
16:05 / 29 Sentyabr 2026
56
16:01 / 29 Sentyabr 2026
43
15:54 / 29 Sentyabr 2026
64
15:44 / 29 Sentyabr 2026
317
15:41 / 29 Sentyabr 2026
65
15:10 / 29 Sentyabr 2026
67
14:56 / 29 Sentyabr 2026
78
14:40 / 29 Sentyabr 2026
58
14:21 / 29 Sentyabr 2026
211
14:18 / 29 Sentyabr 2026
49
14:15 / 29 Sentyabr 2026
72
14:08 / 29 Sentyabr 2026
125
14:00 / 29 Sentyabr 2026
64
13:58 / 29 Sentyabr 2026
69
13:45 / 29 Sentyabr 2026
230
13:40 / 29 Sentyabr 2026
63
13:36 / 29 Sentyabr 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.