Qaynar xətt:

(+99450) 247 90 86

Baş ağrısı ilə dondurma arasındakı əlaqə tapıldı

Baş ağrısı ilə dondurma arasındakı əlaqə tapıldı

CƏMİYYƏT

294

20.07.2023, 22:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həkim Ravindra Şrivastavaya baş ağrısı ilə dondurma arasındakı əlaqəni açıqlayıb.

OXU24.COM lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, baş ağrısı saniyələr ərzində başlayır. Bu hiss alında kəskin, sıx bir baş ağrısına bənzəyir.

Dondurma damaqda və başın ön hissəsindəki qan damarlarının sürətlə soyuması və daralması nəticəsində baş ağrısına səbəb olur. Bu baş ağrıları zərərsizdir və heç bir sağlamlıq problemindən xəbər vermir.

Bu cür baş ağrıları öz-özünə tez keçdiyi üçün adətən heç bir müalicə tələb olunmur. Ancaq dərhal dincəlmək istəyirsinizsə, dilinizi damağınıza basmağa və ya ilıq bir içki içməyə çalışın.