Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92818
az

ŞOK! Prokurorluqda intihar edən Turalə polis işləyibmiş - DETALLAR

11:5520 İyul, 2023
1390
CƏMİYYƏT
  • A

Dünən axşam saatlarında Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanova ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, T.Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb. 

 

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, qəfil şəkildə özünü binadan atıb: “İki aya yaxın idi ki, onunla müqavilə bağlamışdım. Bu işdə Turalə özü də zərərçəkmiş olduğunu bildirirdi. Pulları kimlərdənsə alıb kimlərəsə vermişdi. Əsasən Kəmalə adlı qadının adı qeyd edilirdi və istəyirdi ki, ona cinayət işi açılsın. Bildiyimə görə Turalə Kəmalə ilə Gəncədə polisdə birgə işləyiblər. Zərərçəkmiş şəxslər də polis işçiləri olduğuna görə bu işi Baş Prokurorluq nəzarətə götürmüşdü. Baş Prokurorluğun tapşırığına əsasən bu iş Mingəçevirdə ciddi araşdırılmalı idi və bizi dəvət etdilər. Mən onun müdafiəsini qurdum, şikayətçilərdən vaxt istədim. Orada onun köhnə vəkili də var idi. Hər şey qaydasında gedirdi. Turalə özü də Kəmalə adlı şəxsdən şikayətçi idi. Üzləşmələr aparıldı. Nə qədər çalışdım ki, zərərçəkənləri razılaşdıraq, razılaşmadılar”.

 

Vəkil qeyd edib ki, bundan sonra işi aparan müstəntiq Turalənin tutulmasına qərar veriləcəyini deyib: “Ona ağır gələn o idi ki, əvvəlki iş yerinə aparılacaqdı və orada tutulacaqdı. Ora getmək istəmirdi, özünə ar bilirdi. Hər şey 1-2 saniyə ərzində oldu. Həmin vaxt pəncərənin qarşısında dayanıb ağlayırdı, mən də otağa yenicə daxil olmuşdum, divana əyləşmək istəyirdim ki, gördüm pəncərəni açıb özünü atdı. Digər vəkillər getmişdi, mən orada idim, onu sonadək müdafiə edəcəkdik. O, anlaqsız şəkildə bunu etdi, bəlkə də düşündü ki, ölməyəcək, 2-ci mərtəbə idi, lakin başı daşa dəymişdi. Təəssüf ki müdaxilə etsək də, həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, T.Aslanova daha əvvəl də intihara cəhd edibmiş.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü