27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?
29 Sentyabr 2026, 17:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
254
18.07.2023, 21:00
Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
Mərkəzdən Oxu24.com-a bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17 min 359 bakalavrdan 13 min 286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-dən 31-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
17:11 / 29 Sentyabr 2026
14
17:05 / 29 Sentyabr 2026
25
17:02 / 29 Sentyabr 2026
23
16:58 / 29 Sentyabr 2026
34
16:56 / 29 Sentyabr 2026
42
16:46 / 29 Sentyabr 2026
134
16:31 / 29 Sentyabr 2026
55
16:24 / 29 Sentyabr 2026
46
16:19 / 29 Sentyabr 2026
194
16:14 / 29 Sentyabr 2026
48
16:05 / 29 Sentyabr 2026
59
16:01 / 29 Sentyabr 2026
45
15:54 / 29 Sentyabr 2026
66
15:44 / 29 Sentyabr 2026
369
15:41 / 29 Sentyabr 2026
68
15:10 / 29 Sentyabr 2026
69
14:56 / 29 Sentyabr 2026
80
14:40 / 29 Sentyabr 2026
59
14:21 / 29 Sentyabr 2026
262
14:18 / 29 Sentyabr 2026
52
14:15 / 29 Sentyabr 2026
72
14:08 / 29 Sentyabr 2026
136
14:00 / 29 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.