Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib

CƏMİYYƏT

310

18.07.2023, 13:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib.

Bu barədə Oxu24.com-a  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən “Gəncə Ekspress” ASC-nin həyətində tullantıların qalaqlanaraq yandırılması faktı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların “Gəncə Ekspress” ASC-nin həyətində yerləşən rəngsaz sexində işləyən Tural İsmayılov tərəfindən yandırıldığı məlum olub.

Faktla bağlı akt, protokol tərtib tərtib olunub və T.İsmayılov barəsində qanunamüvafiq tədbir görülüb.

Əraziyə cavabdeh “Gəncə Ekspress” ASC-nin İdarə heyətinin sədri Eltac Əliyevə ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib, rəngsaz sexinin rəhbərliyinə isə belə halların təkrarlanmaması üçün məcburi göstəriş verilib.