27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?
29 Sentyabr 2026, 17:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
939
18.07.2023, 15:28
Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN), nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 27-dək, boyu 180 santimetr və ondan hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
"Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Ali təhsilli və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir. İştirak etmək istəyən şəxslər mia.gov.az/az/vacancies/3/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər", - məlumatda qeyd olunub.
17:11 / 29 Sentyabr 2026
14
17:05 / 29 Sentyabr 2026
25
17:02 / 29 Sentyabr 2026
23
16:58 / 29 Sentyabr 2026
34
16:56 / 29 Sentyabr 2026
42
16:46 / 29 Sentyabr 2026
134
16:31 / 29 Sentyabr 2026
55
16:24 / 29 Sentyabr 2026
46
16:19 / 29 Sentyabr 2026
194
16:14 / 29 Sentyabr 2026
48
16:05 / 29 Sentyabr 2026
59
16:01 / 29 Sentyabr 2026
45
15:54 / 29 Sentyabr 2026
66
15:44 / 29 Sentyabr 2026
369
15:41 / 29 Sentyabr 2026
68
15:10 / 29 Sentyabr 2026
69
14:56 / 29 Sentyabr 2026
80
14:40 / 29 Sentyabr 2026
59
14:21 / 29 Sentyabr 2026
262
14:18 / 29 Sentyabr 2026
52
14:15 / 29 Sentyabr 2026
72
14:08 / 29 Sentyabr 2026
136
14:00 / 29 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.