Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir iclas keçirib

Baş nazir iclas keçirib

CƏMİYYƏT

289

17.07.2023, 19:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Bu barədə Oxu24.com-a  Nazirlər Kabinetindən bildirilib.

İclasda cari ilin birinci yarısında iqtisadi artım, makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə cari vəziyyət və siyasət prioritetləri, o cümlədən, inflyasiya proseslərinin və onun faktorlarının təhlili, antiinflyasiya tədbirləri, valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə eilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.