Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92565
az

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan...

21:2215 İyul, 2023
155
CƏMİYYƏT
  • A

İyulun 16-sı səhər qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək.

OXU24 .COM  xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-sı əsasən səhər və axşam, 17-dən 18-i səhərədək isə arabir yağış yağacaq.

Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enərək 17-si gündüz saatlarında 22-26 dərəcəyə isti olacaq.

Bölgələrdə də 16-sı səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən Qazax, Gəncə, Quba, Qusar, Balakən, Şəki, Mərkəzi Aran rayonlarında yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Arabir güclənən qərb küləyi əsəcək.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir.

Gözlənilən qeyri-sabit hava şəraiti iyulun 18-i səhərə qədər davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur bankın rəhbərinə AĞIR İTKİ
Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs:
Böyürtkənin əvəzolunmaz faydaları

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı