Qaynar xətt:

(+99450) 247 90 86

Körpə uşaq HƏKİMLƏRİN GÜDAZINA GETDİ - Düzgün diaqnoz qoyulmadı

Körpə uşaq HƏKİMLƏRİN GÜDAZINA GETDİ - Düzgün diaqnoz qoyulmadı

CƏMİYYƏT

275

15.07.2023, 10:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

RUsiyanın Sverdlovsk vilayətində bir yaş yarımlıq uşaq həkimlərin ona diaqnoz qoya bilməməsi nəticəsində dünyasını dəyişib.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, idarənin regional şöbəsindən bildirilib ki, İstintaq Komitəsi araşdırmaya başlayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları mediadan məlumat alıb. Ananın sözlərinə görə, uşaq bir neçə dəfə bir xəstəxanadan digər xəstəxanaya aparılıb. Analizlər normaldı. Bir sıra xəstəliklərdən şübhələnirdilər.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə cinayət işi araşdırılır.