Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə səfirliyimiz açılır

Bu ölkədə səfirliyimiz açılır

CƏMİYYƏT

412

14.07.2023, 13:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bununla bağlı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, son illər Azərbaycanın xarici əlaqələri, o cümlədən Avropa ölkələri ilə münasibətləri günü-gündən artır. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr son zamanlar xüsusilə inkişaf edən xətlə yüksəlir:

Həmçinin oxuyun: 3-летний Полад Гашимов... - Фото

“Münasibətlər getdikcə inkişaf edir və Azərbaycan həqiqətlərini Mərkəzi Avropada yerləşən, eləcə də siyasi nöqteyi-nəzərdən vacib əhəmiyyəti olan Slovakiyada səfirliyin açılması vacib əhəmiyyət kəsb edir. Həmin ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Odur ki, bu layihənin qəbulu təqdirəlayiqdir”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.