Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib
29 Sentyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
395
13.07.2023, 18:22
2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş verən Tovuz döyüşlərindən 3 il ötür. Bu, Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyanın şəxsi göstərişi ilə ("Tonoyan doktrinası" adlanan sənədin həyata keçirilməsi çərçivəsində - ərazilərə sistemli qabaqlayıcı zərbələrin endirilməsini nəzərdə tuturdu) genişmiqyaslı erməni silahlı təxribatı idi. Məqsəd Bakını şantaj etmək, Qarabağ və onun ətrafında işğal olunmuş əraziləri azad etmək cəhdlərindən əl çəkməyə məcbur etmək üçün Azərbaycan ərazisi, o cümlədən Azərbaycanın mühüm infrastrukturunu Ermənistanın raket hücumu təhlükəsi ilə üz-üzə qoymaq idi.
OXU24.COM Axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı politoloq, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Tovuz döyüşlərinin 3-cü ildönümü ilə bağlı deyib.
"Döyüşün əsas yükü Azərbaycan sərhədçilərinin çiyninə düşdü, daha sonra onlar Azərbaycan Silahlı Qüvvələrinin digər ordu hissələri tərəfindən gücləndirildi. İyulun 12-də başlayan hərbi əməliyyatların aktiv mərhələsi iyulun 17-si axşama qədər davam etdi. Bu müddət ərzində Ermənistan ordu bölmələrinin Azərbaycan mövqelərini ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı, heç bir ərazi güzəştinə yol verilmədi.
Eyni zamanda, döyüşlər iki ölkənin dövlət sərhədində getdiyindən Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri yalnız düşmənin atəş nöqtələrinin məhv edilməsi və onların irəliləməsinin qarşısının alınması məqsədi daşıyırdı. Tovuz hadisələri İkinci Qarabağ müharibəsinin müqəddiməsinə çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun kütləvi artilleriya və raket hücumuna cavab olaraq (eyni "Tonoyan doktrinası" çərçivəsində) Azərbaycan Ordusu "Dəmir yumruq" əks-hücum əməliyyatına başladı və cəmi 44 gün davam edən döyüşlər əsas düşmən qruplarını tamamilə məğlub etdi.
Şuşanın Azərbaycan xüsusi təyinatlıları tərəfindən azad edilməsi, 2020-ci il noyabrın 9-da (10-da) Nikol Paşinyana Ermənistanın faktiki təslim aktına çevrilən Üçtərəfli Bəyanatı imzalatdı".
18:58 / 29 Sentyabr 2026
10
18:51 / 29 Sentyabr 2026
19
18:39 / 29 Sentyabr 2026
35
18:36 / 29 Sentyabr 2026
42
18:24 / 29 Sentyabr 2026
36
18:17 / 29 Sentyabr 2026
44
18:10 / 29 Sentyabr 2026
46
18:06 / 29 Sentyabr 2026
51
18:00 / 29 Sentyabr 2026
45
17:41 / 29 Sentyabr 2026
59
17:30 / 29 Sentyabr 2026
60
17:20 / 29 Sentyabr 2026
62
17:19 / 29 Sentyabr 2026
59
17:15 / 29 Sentyabr 2026
59
17:11 / 29 Sentyabr 2026
111
17:05 / 29 Sentyabr 2026
61
17:02 / 29 Sentyabr 2026
59
16:58 / 29 Sentyabr 2026
72
16:56 / 29 Sentyabr 2026
75
16:46 / 29 Sentyabr 2026
188
16:31 / 29 Sentyabr 2026
75
16:24 / 29 Sentyabr 2026
61
16:19 / 29 Sentyabr 2026
263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.