Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92418
az

Qucaqlaşmanın bilinməyən faydaları açıqlandı

00:5711 İyul, 2023
167
CƏMİYYƏT
  • A

Qucaqlaşmalar təkcə yaxınlarınızla emosional əlaqəni gücləndirməyə kömək etmir, həm də fiziki sağlamlığa faydalı təsir göstərir.

OXU24.COM  oxu.az-a istinadən bildirir ki, bu barədə Sankt-Peterburqdakı SM klinikasının endokrinoloqu və terapevti Anastasiya Kalmurzina məlumat verib.

"Bu, ilk növbədə, orqanizmdə oksitosin, endorfin və dofamin hormonlarının istehsalının sürətlənməsi ilə baş verir. Oksitosin bağlanma hormonu kimi tanınır. Stress hormonu kortizolun təsirini neytrallaşdırır. İnsan sakitləşir, narahatlığı keçir və özünü təhlükəsiz hiss edir. Oksitosin çatışmazlığı xroniki stressin formalaşmasında əlavə amillərdən biridir və bu, orqanizm üçün ən pis şərtlərdəndir", - deyə Kalmurzina bildirib.

Endokrinoloq qeyd edib ki, oksitosin ürək və qan damarları üçün də vacibdir - bu hormon qan təzyiqinin aşağı düşməsinə təsir göstərir.

"Oksitosin istehsalı ilə yanaşı, qucaqlaşmalar bədəndə dopamin və endorfinin - müvafiq olaraq həzz və xoşbəxtlik hormonlarının istehsalını stimullaşdırır. Onların təsiri altında insan daha fəal olur, özünə güvənir və ətraf aləmə maraq göstərir. Serotonin və dopamin də qan damarlarının yumşalmasına, rahatlamasına kömək edir ki, bu da qan dövranını və bədəndə oksigen mübadiləsini sürətləndirir. Qan dövranının normallaşdırılması insan orqanizminin müxtəlif orqan və sistemlərinin qidalanmasını yaxşılaşdırmağa yardım edir", - həkim izah edib.

Kalmurzina onu ​​da əlavə edib ki, artan hormon istehsalının digər mühüm təsiri əzələlərin rahatlamasıdır. Ona görə də qucaqlaşdıqdan sonra əzələ ağrıları yox ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi