Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
29 Sentyabr 2026, 19:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
317
10.07.2023, 16:59
Yay ayları olsa da, Bakıda hələ də kirayə mənzil problemi var. Fəslin adətən bu aylarında tələbələr rayonlara üz tutduqlarından, həmçinin insanlar bağlara və digər bölgələrə getdiklərindən kirayə evləri çoxalırdı.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, bu il isə tam əksi baş verib. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olanlar bildirirlər ki, yay ayları olsa da, bazara kirayə evləri təklif edilmir.
Nərimanov rayonunda fəaliyyət göstərən reiltor Rüfət Məmmədov deyir ki, xüsusilə bu rayonda köhnə tikililərdə kirayə üçün nəzərdə tutulan ev yox səviyyəsindədir. Üstəlik Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq həmin ölkələrdən gələn həmvətənlərimizin sayının artması da bazara öz təsirini göstərib.
Əmlakçı Ülvü Əliyev isə deyir ki, nəinki nərimanov, digər mərkəzi hissələrdə də kirayə mənzil tapmaq müşkül məsələdir.
Köhnə binalarda 2 otaqlı kirayə mənzillərin qiyməti 500 manatdan başlayır. Təzə binalarda isə kirayə evlər olduqca bahadır.
Əmlakçılar bildirirlər ki, nisbətən mərkəzdən kənar ərazilərdə kirayə mənzillər tapmaq mümkündür. Bununla belə həmin ərazilərdə olan kirayə evlər ucuz deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
19:37 / 29 Sentyabr 2026
1
19:35 / 29 Sentyabr 2026
18
19:27 / 29 Sentyabr 2026
37
19:22 / 29 Sentyabr 2026
38
19:10 / 29 Sentyabr 2026
48
19:06 / 29 Sentyabr 2026
53
18:59 / 29 Sentyabr 2026
44
18:58 / 29 Sentyabr 2026
49
18:51 / 29 Sentyabr 2026
44
18:39 / 29 Sentyabr 2026
54
18:36 / 29 Sentyabr 2026
50
18:24 / 29 Sentyabr 2026
59
18:17 / 29 Sentyabr 2026
56
18:10 / 29 Sentyabr 2026
57
18:06 / 29 Sentyabr 2026
57
18:00 / 29 Sentyabr 2026
53
17:41 / 29 Sentyabr 2026
64
17:30 / 29 Sentyabr 2026
67
17:20 / 29 Sentyabr 2026
67
17:19 / 29 Sentyabr 2026
65
17:15 / 29 Sentyabr 2026
62
17:11 / 29 Sentyabr 2026
132
17:05 / 29 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.