Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92350
az

Zəlzələ namazı necə qılınmalıdır? - Qayda

10:3808 İyul, 2023
169
CƏMİYYƏT
  • A

OXU24.COM xəbər verir ki, İlahiyyatçı İsmayıl Əhmədovun verdiyi məlumata görə, ayət namazı aşağıdakı kimi qılınmalıdır: 

Qaydası.

Ayət namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:

1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur.

2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. 

Məsələn, "Həmd"dən sonra "İxlas" surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: "Bismillahir rəhmanir rəhim", "Qul huvəllahu əhəd", "Allahu səməd" "Ləm yəlid və ləm yuləd", "və ləm yəkun ləhu kufuvən əhəd". Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.

Ayət namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.

Gündəlik namazda vacib və müstəhəb olan işlər ayət namazında da vacib və müstəhəbdir. Amma ayət namazının azan və iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə "Əssəlat" deyilir.

Müstəhəbdir ki, hər rəkətdə səcdəyə getməzdən öncə "Səmiəllahu li mən həmidəh" və "Allahu əkbər" deyilsin. Eləcə də, hər rükudan öncə və sonra təkbir demək müstəhəbdir.

Onuncu rükudan öncə qunut oxumaq müstəhəbdir.

Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yəni səcdəyə gedilsə şəkkə etina olunmur.

Ayət namazının hər rükusu bir rükndür. Bilərəkdən və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz batildir.

Hökmlər Ayətullah Məkarim Şiraziyə məxsusdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı