"Bu gün Azərbaycanın market və mağazalarında insan həyatı üçün təhlükəli olan transgen yağlar satılır”.
Bunu iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının hesabatında yer alıb:
"Hesabatda Azərbaycanla bağlı belə bir rəy getmişdi. Təəssüflə bildirilmişdi ki, Azərbaycanda hələ trasgen yağlardan istifadə olunur. Hesabatda çox az sayda ölkələr var idi, onlardan biri də Azərbaycandır. Trasgen insan orqanizmi üçün zərərli yağlardır. Birbaşa xərçəng yaradır. Bundan əlavə diabet, piylənmə, qaraciyər, ürək xəstəlikləri, qadınlarda sonsuzluq, qanda xolesterolun yaranmasına səbəb olur. Yağlarla bağlı ictimai nəzarət olmalıdır, müstəqil laboratoriya fəaliyyət göstərməlidir. Həmin yağlar orada analiz olunmalı, rəy verilməli və bu ictimaiyyətə açıqlanmalıdır”.
Vahid Məhərrəmli hesab edir ki, yağların keyfiyyətinə əmin olmaq üçün istehsalatda şəffaflıq olmalıdır:
"Jurnalistlər və ekspertlər istehsal müəssisələrinə buraxılmalıdır ki, onlar prosesi izləyə bilsin. Yağ süddən alınır, yoxsa hardansa qatqılar gətirilir? Azərbaycanda həmin qatqılara nəsə qarışdırılırmı? Azərbaycan istehsal olunan süd kifayət etmir ki, ondan yağ hazırlansın. Mən yağ alanda bunlara fikir verirəm. Biri var xarici ölkədə istehsal olunan yağ, bu qablaşdırmadan hiss olunur. Biri də var qablaşdırmalarda yazılır ki, Yeni Zelendiya yağı, amma qablaşdırmaya baxırsan Avropa standartlarına uyğun deyil. Hiss edirsən ki, böyük həcmli yağlar gətirilir və qablaşdırma prosesi Azərbaycanda həyata keçirilir. Bu yağın dadından da hiss olunur”.
Oxu24.com
ŞƏRHLƏR