Qaynar xətt:

(+99450) 247 90 86

Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

CƏMİYYƏT

297

07.07.2023, 11:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da məhkəmə hakimləri vəzifəsinə qəbul üçün test imtahanı keçirəcək.
Qurumdan Oxu24.com-a bildirilib ki, imtahan iki növbədə - saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada təşkil ediləcək. İmtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.
Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınan namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Nigar