Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - FOTO
29 Sentyabr 2026, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
03.07.2023, 12:42
Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyun ayında 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyun ayında 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir.
İyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağan güclü yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu yağması halları qeydə alınıb. İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.
Oxu24.com xəbər verir ki, baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edib ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kmi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.
Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır.
Fond bildirir ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.
"Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığoğrta hadisələrini qeydə almaqla məşğuldurlar", - deyə fonddan bildirilir.
Aqrar Sığorta Fondu bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.
Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.
22:28 / 29 Sentyabr 2026
8
22:28 / 29 Sentyabr 2026
27
22:24 / 29 Sentyabr 2026
26
22:09 / 29 Sentyabr 2026
43
22:09 / 29 Sentyabr 2026
52
21:58 / 29 Sentyabr 2026
69
21:45 / 29 Sentyabr 2026
52
21:36 / 29 Sentyabr 2026
63
21:26 / 29 Sentyabr 2026
56
20:56 / 29 Sentyabr 2026
281
20:53 / 29 Sentyabr 2026
69
20:48 / 29 Sentyabr 2026
593
20:46 / 29 Sentyabr 2026
64
20:38 / 29 Sentyabr 2026
83
20:33 / 29 Sentyabr 2026
74
20:27 / 29 Sentyabr 2026
64
20:25 / 29 Sentyabr 2026
79
20:23 / 29 Sentyabr 2026
62
20:14 / 29 Sentyabr 2026
52
20:09 / 29 Sentyabr 2026
61
19:52 / 29 Sentyabr 2026
63
19:49 / 29 Sentyabr 2026
83
19:37 / 29 Sentyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.