Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - FOTO
29 Sentyabr 2026, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
02.07.2023, 13:52
İyunun 28-nə keçən gecə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kafedə 1984-cü il təvəllüdlü Zaur Nəmətovun qətli ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin söyüşə görə baş verməsi müəyyənləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, iyunun 27-də axşam saatlarında 1985-ci il təvəllüdlü Z.Nəmətov, tanışı 1995-ci il təvəllüdlü Akif Məcidov və digər dostları Qala qəsəbəsində yol kənarındakı çay evinə toplaşıblar. Bu zaman Z.Nəmətova bir neçə dəfə zəng gəlib və o, dostlarının yanında telefonla danışıb. Z.Nəmətovun telefonda uzun-uzadı danışmasına qıcıqlanan A.Məcidov ona irad bildirib. O, Zaura "Problemlərini başqa vaxt həll elə, bura çay içib söhbət etməyə toplaşmışıq" deyib.
Z.Nəmətov özündən 11 yaş kiçik olan Akifin sözlərini qəbul etməyərək onunla mübahisə edib və bu zaman təhqiramiz sözlər işlədilib.
Dalaşan şəxsləri digər dostları sakitləşdirərək masa ətrafına əyləşdiriblər. Gecə saat 23 radələrində onlar çay evini tərk edərkən Zaurla Akif yenidən dalaşıb, bu zaman bir qədər kənarda olan dostları dərhal müdaxilə edə bilməyiblər. A.Məcidov tanışına bıçaqla ağır xəsarət yetirib.
Zaur Nəmətov aldığı xəsarətdən vəfat edib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. A.Məcidov barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
22:50 / 29 Sentyabr 2026
5
22:28 / 29 Sentyabr 2026
28
22:28 / 29 Sentyabr 2026
188
22:24 / 29 Sentyabr 2026
39
22:09 / 29 Sentyabr 2026
47
22:09 / 29 Sentyabr 2026
65
21:58 / 29 Sentyabr 2026
81
21:45 / 29 Sentyabr 2026
55
21:36 / 29 Sentyabr 2026
68
21:26 / 29 Sentyabr 2026
57
20:56 / 29 Sentyabr 2026
313
20:53 / 29 Sentyabr 2026
72
20:48 / 29 Sentyabr 2026
700
20:46 / 29 Sentyabr 2026
67
20:38 / 29 Sentyabr 2026
86
20:33 / 29 Sentyabr 2026
77
20:27 / 29 Sentyabr 2026
66
20:25 / 29 Sentyabr 2026
81
20:23 / 29 Sentyabr 2026
63
20:14 / 29 Sentyabr 2026
53
20:09 / 29 Sentyabr 2026
62
19:52 / 29 Sentyabr 2026
64
19:49 / 29 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.