Qaynar xətt:

(+99450) 247 90 86

İcra başçısı sakinlərlə görüşə ATLA GETDİ - FOTO

İcra başçısı sakinlərlə görüşə ATLA GETDİ - FOTO

CƏMİYYƏT

308

01.07.2023, 21:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev seldən zərər çəkən sakinlərlə görüşmək üçün əraziyə atla gedib.

OXU24.COM Publika.az-a istinadən xəbər verir ki, buna səbəb sözügedən ərazidə avtomobilin hərəkət edə bilməməsi olub.

Xatırladaq ki, güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurub, dağıntılar əmələ gətirib.