Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91889
az

İsmayıllıda selə görə yaranmış son vəziyyət necədir? - AÇIQLAMA - VİDEO

13:0901 İyul, 2023
78
CƏMİYYƏT
  • A

Hazırda İsmayıllıda selə görə yaranmış vəziyyət stabilləşib.

Bunu Trend-ə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov deyib.

OXU24.COM  bildirib ki, dünən yağan dolu və yağış əsasən rayonun Lahıc, Cülyan və Talıstan kəndlərinə ziyan vurub.

"Güclü yağıntı nəticəsində Talıstan və Cülyan çaylarında selə səbəb olub. Cülyan çayından keçən sel vətəndaşın avtomobilin aparıb, taxıl sahələrinə ziyan dəyib. Bəzi evlərin zirzəmiləri və həyətyanı sahələrinə su dolub. Lakin ciddi fəsad törətməyib. Bu faktlar əsasən Lahıc qəsəbəsində qeydə alınıb."
 

M.Süleymanov qeyd edib ki, hazırda dəymiş ziyan müəyyən olunur.

"İcra hakimiyyəti öz üzərinə düşən vəzfələri yerinə yetirir. Belə ki, əraziyə texnika cəlb olunub. Axşam Lahıc qəsəbəsində yollar bağlanmışdı.Hazırda yollar birtərəfli də olsa açılıb. Ancaq işlər hələ də davam edir. Sel fəlakəti nəticəsində ölən yoxdur. Talıstan və Cülyan çayı istiqamətində meşəyə gedən insanlar dünən axşam saatlarında təxliyə olunub", - deyə o qeyd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı