Qaynar xətt:

(+99450) 247 90 86

FHN sel aparan qadınları xilas edib

FHN sel aparan qadınları xilas edib

CƏMİYYƏT

464

30.06.2023, 22:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.