Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91722
az

Bədən həratətini ölçən proqram hazırlandı - YENİLİK

09:5929 İyun, 2023
98
CƏMİYYƏT
  • A

Vaşinqton Universiteti smartfon vasitəsilə bədən istiliyini ölçməyə imkan verən "Fever Phone" adlı unikal proqram hazırlayıb.

OXU24.COM lent.az-a istinadən bildirir ki, proqramda əksər smartfonlarda olan, cihazın daxili temperaturunu izləmək üçün nəzərdə tutulmuş daxili temperatur sensorlarından istifadə edilib.

Onun iş prinsipi bundan ibarətdir ki, sensorlar dərinin ekranla təması zamanı istilik ötürülməsini qeydə alır. Ölçmə proseduru üçün istifadəçi proqramı işə salmalı və cihazı kənarlarından tutaraq 90 saniyə ərzində smartfonun ekranını alnına bərkitməlidir. Tətbiq avtomatik olaraq ölçmənin başlanğıcını və sonunu təyin edəcək və nəticəni ekranda göstərəcək.

"Fever Phone" məlumatları emal etmək və smartfonun daxili və xarici temperaturunu ayırd etmək üçün neyron şəbəkəsindən istifadə edir. Alimlər təcili yardım otağında qızdırması olan 37 xəstə üzərində təcrübə aparıblar.

Proqramın ölçmələri adi bir termometr ilə müqayisə edilib və tədqiqat göstərib ki, tətbiq klinik cəhətdən məqbul səviyyədə olan cəmi 0,23 dərəcə Selsi orta xəta ilə yüksək dəqiqlikdədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub