Qaynar xətt:

(+99450) 247 90 86

Qayaların arasında meyit tapıldı

Qayaların arasında meyit tapıldı

CƏMİYYƏT

284

26.06.2023, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qayalıq ərazidə aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Oxu24.com-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.