Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
396
25.06.2023, 11:58
Kapital Bank-la UNEC arasında yeni memorandum imzalandı
Təhsil layihələrinin inkişafına böyük önəm verən Kapital Bank 2016-cı ildə UNEC-lə birgə anlaşma memorandumu imzalamışdır. Memorandum çərçivəsində bu illər ərzində bir sıra layihələr həyata keçirilib. Əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 24 iyun 2023-cü il tarixində ali məktəblə yeni memorandum imzalanıb.
Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov, UNEC rektoru professor Ədalət Muradov, həmçinin universitetin və bankın əməkdaşları iştirak ediblər. Kapital Bank ilə UNEC arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.
Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. Kapital Bank-ın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyən F.Hüseynov, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.
Rektor Ədalət Muradov UNEC-in Kapital Bank-la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda UNEC-in rektoru Ədalət Muradov Fərid Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.