Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
23.06.2023, 13:11
Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcədən təşkil edilməsi və təşkilatçılardan biri olduğu deyilən şəxsin səs yazısı sosial şəbəkələrdə yayılıb.
OXU24.COM oxu.az-a istinadən bildirir ki, səs yazısından aydın şəkildə anlamaq olur ki, dinc sakinləri manipulyasiya edərək, planlı şəkildə təxribat törədilən əraziyə getməyə sövq etməyə çağırışlar edilir.
Belə ki, törədilmiş təxribatın əsas təşkilatçılarından birinin Afiq Allahverdiyev olması iddia edilir. Rusiyada yaşadığı deyilən bu şəxs polislərlə kənd sakinləri arasında yaşanan və geniş müzakirələrə səbəb olan təxribatı bir müddət əvvəl planlaşdırıb. Səs yazısından belə aydın olur ki, bu işdə ona müəyyən köməkliyi isə Etibar Cabbarov və Dadaş Şirinov adlı şəxslər ediblər.
Belə ki, o, kənd sakinlərini yaratdıqları "WhatsApp" qrupu vasitəsilə idarə edib və "birlik" olmağa çağırıb.
Afiq Allahverdiyev həmin qrupa atdığı səslərdən birində deyir ki, sözügedən əraziyə təşkilatlaşmış, hazırlıqlı vəziyyətdə çıxmaq lazımdır:
"Onlar ora necə hazırlıqlı çıxmışdılar, biz də elə çıxmalıyıq. Ora rahat çıxmaq üçün əvvəlcə başqa işləri görmək lazım idi. Mən yuxudan oyananda gördüm ki, hamı oradadır, millətin yarısının isə heç xəbəri yoxdur. Çıxan adamların da sayı 100-200 nəfər olub. Qalanların xəbəri yoxdur, siz onlara fikir verməyin. Əgər istəmirsinizsə, sabah onlara salam verməyin. Amma indi bunun vaxtı deyil, onu gələcəkdə edərsiniz. O gəlməyənlərin adını bir-bir çəkmək lazımdır. Demək lazımdır ki, bunlar, bunlar, etiraz etdilər, sizinlə birlikdə irəli çıxmadılar. Kimdən soruşursan deyir oğlum, qızım orada işləyir.
Ay qardaş, orda Söyüdlü kəndindən cəmi 60 nəfər adam işləyir. Bu 4-5 min əhalinin yanında 60 nəfər nə deməkdir? Qoy onların 100 nəfəri orada işləsin, 100 nəfərin də qohumu orada işləmiş olsun, 500 nəfəri xəstə olsun. Bəs bunların qalanı hanı? Çayxanada oturub domino oynayanların adını çəkmək lazımdır ki, filankəslər irəli çıxmadı. Yoxsa Moskvada oturan yoldaşlar heç nə etmədi demək lazım deyil. Moskvada oturanlar neyləsinlər?"
Bununla yanaşı o, həmçinin aksiyadan çəkilmiş görüntülərin sosial şəbəkələrdə geniş yayılmasını da təmin edib.
Bütün bu manipulyativ addımlar isə öz növbəsində sakinləri qəzəbləndirib. İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Afiq Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirərək onları İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı, digər qurumlara da qarşı etiraz etməyə çağırıb.
Bütün bunları şəxsin yayılan səs yazılarından başa düşmək olar.
Aşağıda Afiq Allahverdiyevin "WhatsApp" qrupu vasitəsilə sakinlərə göndərdiyi səs yazısını dinləyə bilərsiniz:
00:16 / 30 Sentyabr 2026
74
00:02 / 30 Sentyabr 2026
71
23:55 / 29 Sentyabr 2026
1408
23:47 / 29 Sentyabr 2026
60
23:43 / 29 Sentyabr 2026
65
23:34 / 29 Sentyabr 2026
60
23:23 / 29 Sentyabr 2026
146
23:12 / 29 Sentyabr 2026
86
23:08 / 29 Sentyabr 2026
71
23:07 / 29 Sentyabr 2026
54
22:50 / 29 Sentyabr 2026
67
22:39 / 29 Sentyabr 2026
79
22:28 / 29 Sentyabr 2026
109
22:28 / 29 Sentyabr 2026
941
22:24 / 29 Sentyabr 2026
183
22:09 / 29 Sentyabr 2026
64
22:09 / 29 Sentyabr 2026
211
21:58 / 29 Sentyabr 2026
362
21:45 / 29 Sentyabr 2026
70
21:36 / 29 Sentyabr 2026
99
21:26 / 29 Sentyabr 2026
73
20:56 / 29 Sentyabr 2026
510
20:53 / 29 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.