Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91308
az

Gəncədə ər yoldaşını telefonuna baxdığına görə döydü, həbs olundu

23:1322 İyun, 2023
150
CƏMİYYƏT
  • A
Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) təqsirləndirilən T.Qurbanova hökm oxunub.
 
 
OXU24.COM  məlumatına görə, 1993-cü il təvəllüdlü T. Qurbanov həmin maddə üzrə 2 ay azadlıqdan məhrum edilib.
 
 
 
Təqsirləndirilən şəxs gecə saatlarında sərxoş vəziyyətdə evə gələrkən həyat yoldaşı Gülnar (şərti) ilə aralarında mübahisə yaranıb. 
 
 
Belə ki, Gülnar icazəsiz ərinin telefonunda sosial şəbəkəyə daxil olub qardaşının şəkillərini götürəcəyini deyib. Kişi isə buna görə onunla mübahisə edib. Mübahisə zamanı əl zərbələri ilə Gülnarın baş və əl nahiyələrinə vuraraq döyüb.
 
Qeyd edək ki, hadisədən sonra onlar barışıblar. Gülnar yoldaşından şikayətçi olmayıb. Məhkəmə həmin şəxsin öz əməlini etiraf etməsini, peşman olmasını, eyni zamanda himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
"Instagram"da tanış olduğu şəxsi öldürən gəncəağır     cəza     verildi