Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91229
az

“AzInTelecom”  Hindistanın “Tech Mahindra” şirkəti ilə əməkdaşlıq müzakirələrinə başlayıb

13:4021 İyun, 2023
90
CƏMİYYƏT
  • A

“AzInTelecom” şirkəti rəqəmsal sahədə dünyanın lider şirkətlərindən hesab olunan Hindistanın “Tech Mahindra” şirkəti ilə əməkdaşlıq müzakirələrinə başlayıb.

Oxu24.com xəbər verir ki, ötən gün “Tech Mahindra”nın birinci vitse-prezidenti Sandip Phadkenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda “AzInTelecom”un İdarə Heyətinin rəhbəri Elxan Əzizov tərəfindən qəbul edilib. 

Görüşdə “AzInTelecom”un rəhbər heyəti ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müaivini Lukas Tzitzis də iştirak edib. Görüş zamanı əməkdaşlıq və tərəfdaşlıq üçün potensial imkanlar müzakirə olunub. Rəqəmsal transformasiya, Əşyaların İnterneti (IoT), bulud hesablamaları və digər məsələlər barəsində diskussiya aparılıb.

Qeyd edilib ki, görüş Azərbaycan bazarının potensialını maraqlı tərəflərə nümayiş etdirmək üçün fürsət olacaq.

Müzakirələrdə “Tech Mahindra” şirkəti ilə Azərbaycan arasında yeni tərəfdaşlıq imkanları yaradan və iki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq qurula biləcəyi vurğulanıb. Bulud xidmətləri üzrə birgə əməkdaşlıq perspektivlərini müzakirə edən tərəflər görüşün səmərəli müzakirələrə və hər iki tərəf üçün faydalı əməkdaşlığa yol açacağına əminliyini ifadə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tarixdə II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
Hava ilə bağlı XƏBƏRDARLIQ
Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı