Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91210
az

Bloqerlərə qarşı böyük əməliyyat - Səfər Eyvazov da tutulub?

09:3921 İyun, 2023
188
CƏMİYYƏT
  • A
 



     

Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və bloqerlərin də olduğu 120 nəfəri saxlayıb.

OXU24.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinirlər. 

Məlumata görə, cinayətkar bir dəstə oğurlanmış kredit kartları ilə fırıldaqçılıqla məşğul olub. Bu qrupun TikTok fenomenləri ilə əməkdaşlıq etdiyi də məlum olub. Dəstə üzvləri oğurlanmış kredit kartları ilə jeton alıb və bunları fenomenlərə göndərib. Bu üsulla bloqerlərə yüksək məbləğdə pulun göndərildiyi aydın olub. Daha sonra isə dəstə üzvləri bu məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödəyib. 

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.Ümumilikdə cinayətkar dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə göndərdiyi qeyd olunur. 

Polis əməliyyat nəticəsində 42 fenomenin əmlakını müsadirə edib. 

Qeyd edək ki, saxlanılanlar arasında azərbaycanlı bloqer Səfər Eyvazovun da olduğu iddia olunur. TikTok sosial şəbəkəsində 726 000 izləyicisi olan Eyvazovu instaqramda da 1 milyondan çox adam izləyir. O, mütamadi olaraq müxtəlif məzmunlarda videolar hazırlayıb və daha çox İstanbuldan paylaşımlar edib. Bloqer sosial şəbəkədə sonuncu paylaşımı bir gün əvvəl edib. Şərhlərdə izləyiciləri S.Eyvazovun saxlanılması ilə bağlı müxtəlif rəylər yazıblar, onun polis bölməsinə birbaşa qaldığı hoteldən aparıldığını iddia ediblər.   

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yemək yeyərkən telefondan istifadə edənlərə bəd xəbər
Bu insanlar yata bilmirlər
Bakıda ərini öldürən qadın 4 uşaq anası imiş - hadisə yerindən VİDEO

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Mingəçevirdə 36 yaşlı kişi    yeniyetməni     döydü