Qaynar xətt:

(+99450) 247 90 86

Dənizdə istirahət pulsuzdur... - Bəs dənizkənarı obyektlərdə? - VİDEO

Dənizdə istirahət pulsuzdur... - Bəs dənizkənarı obyektlərdə? - VİDEO

CƏMİYYƏT

276

19.06.2023, 16:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xəbər verdiyimiz kimi, artiq dəniz mövsümü iyunun 15-dən açıq elan olunub.
 
İnsanlar istirahət məqsədi ilə dənizkənarı obyektlərə gəliblər. Bura Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən çimərliklərdən biridir.
 
Dənizkənarı obyektin adminstratoru İbrahim Novruzov bildirdi ki, giriş tam pulsuzdur. Yəni dənizə gəlib çimmək istəyənlər obyekt ərazisindən tam pulsuz şəkildə keçid edə bilərlər. O ki, qaldı buradakı vasitələrədən istifadəyə, bunun üçün müəyyən qədər ödənişlər etməlidirlər
 
Yeməklərin qiymətlərinə gəldikdə isə, bildirildi ki, xüsusilə qarpız və yemişin obyekt ərazisinə gətirilməsinə icazə verilmir. 
 
"Məqsəd zəhərlənmələrin qarşısını almaqdır. Qonaqlar digər yeməkləri sifariş edə bilər."
 
Təhlükəsizlik məsələsinə gəldikdə isə bildirildi ki, içkililər dənizə buraxılmır.
 
Əlavə olaraq həm onyektin,həm də Fövqəladə Hallar Nazirliyinin mühafizəçiləri daim əraziyə nəzarət edirlər.
 
OXU24.COM  Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.