Qaynar xətt:

(+99450) 247 90 86

Bu çaydan sel keçib - Faktiki hava açıqlandı

Bu çaydan sel keçib - Faktiki hava açıqlandı

CƏMİYYƏT

332

16.06.2023, 19:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

“OXU24.COM ” xəbər verir ki, saat 14:20 radələrində Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb