Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90974
az

Məmmədyarovun səhv başa düşdüyü açıqlaması gündəm oldu

16:0416 İyun, 2023
101
CƏMİYYƏT
  • A

AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov açıqlaması ilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, o, İK-nın iclasından sonra jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasında 12 komandanın iştirak edəcəyini bildirib.

Hətta E.Məmmədyarov əsas çempionata gələcək komandaların "Araz Naxçıvan" və "Zaqatala" olacağını deyib. Lakin AFFA sonradan keçmiş nazirin dediklərini təkzib edib. Federasiyadan bildirilib ki, Premyer Liqada "Şamaxı" birinci diviziona düşəcək və komanda sayı 10 olacaq.

Elmar Məmmədyarov isə yanlış məlumatına görə tənqid hədəfinə tuş gəlib.


AFFA-nın baş katibi Sərxan Hacıyev də jurnalistlərə açıqlamasında Elmar Məmmədyarovun dediklərini təkzib edib: "Premyer Liqada komanda sayı artırılmayıb. Ola bilər ki, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. "Şamaxı" sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. "Araz Naxçıvan" isə Premyer Liqada mübarizə aparacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı