Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
312
16.06.2023, 15:43
Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) həbs edilib.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, ona Xətai Rayon Məhkəməsində barəsində açılmış cinayət işi üzrə hökm oxunub. Məhkəmə T.Fətişoğlunu 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edib və məhkəmə zalındaca həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşamış jurnalist bu dəfə cəzasını ciddi rejimli müəssisədə çəkməli olacaq.
Bildirilib ki, T.Fətişoğlu Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksəkvəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra T.Fətişoğlunun əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəinsdə istintaq aparılıb. Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4,312.1 (rüşvət verməyə təhrik etmə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başladılıb.
Qeyd edək ki, T.Fətişoğlu keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınıb. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanıb. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinib. Azadlığa çıxdıqdan sonra T.Fətişoğlu "İdeologiya.az" saytına və "Son Xəbər" yutub kanalına rəhbərlik edib.
00:16 / 30 Sentyabr 2026
88
00:02 / 30 Sentyabr 2026
83
23:55 / 29 Sentyabr 2026
1667
23:47 / 29 Sentyabr 2026
68
23:43 / 29 Sentyabr 2026
70
23:34 / 29 Sentyabr 2026
66
23:23 / 29 Sentyabr 2026
161
23:12 / 29 Sentyabr 2026
96
23:08 / 29 Sentyabr 2026
77
23:07 / 29 Sentyabr 2026
58
22:50 / 29 Sentyabr 2026
73
22:39 / 29 Sentyabr 2026
88
22:28 / 29 Sentyabr 2026
111
22:28 / 29 Sentyabr 2026
1073
22:24 / 29 Sentyabr 2026
224
22:09 / 29 Sentyabr 2026
67
22:09 / 29 Sentyabr 2026
259
21:58 / 29 Sentyabr 2026
426
21:45 / 29 Sentyabr 2026
73
21:36 / 29 Sentyabr 2026
104
21:26 / 29 Sentyabr 2026
75
20:56 / 29 Sentyabr 2026
560
20:53 / 29 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.