Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90893
az

Yayın ən böyük dərdi - çox tərləmədən necə qurtulmaq olar?

22:0814 İyun, 2023
217
CƏMİYYƏT
  • A

Tərləmə bədənin istilik, su və duz balansını qoruyan fizioloji bir vəziyyətdir. Lakin ictimaiyyətdə həddindən artıq tərləmə olaraq bilinən "Hiperhidroz" bir növ xəstəlik hesab edilir. Bu xəstəlikdən müasir tibbi üsullarla olduğu kimi evdə tətbiqi asan bitki mənşəli üsullardan istifadə edərək də xilas olmaq mümkündür.

OXU24.COM  bildirir ki, tətbiqi məsləhət görülən bitki mənşəli üsullardan bəziləri belədir:

• Alma sirkəsi

Alma sirkəsini təmiz pambıq yardımı ilə tərləmə problemi olan bölgələrə çəkin və qurumasını gözləyin. Daha sonra sirkə qoxusunu aradan qaldırmaq üçün duş qəbul edin.

• Adaçayı

Adaçayı, "Hiperhidroz" və ya həddindən artıq tərləmə problemini aradan qaldırmaq üçün ən təsirli təbii üsullar arasında iştirak edir və istifadəsi tövsiyə olunur.

Həddindən artıq tərləmənin qarşısını almaq məqsədi ilə adaçayından iki fərqli variantda istifadə etmək mümkündür. Birincisi adaçayı, çay kimi istehlak edilir. İkinci variant isə tonik olaraq bədənə çəkilir. Yəni adaçayı dəmləndikdən sonra soyuması üçün 15-20 dəqiqə gözlənir və daha sonra pambıq yardımı ilə tərləyən nahiyələrə çəkilir. Bu gündə 2-3 dəfə tətbiq edilir.

• Yemişan çayı

Yemişan çayının "Hiperhidroz"-u aradan qaldırdığı təcrübə edilib. Bu səbəbdən həddindən artıq tərləmə problemindən xilas olmaq üçün bir miqdar yemişanı suda qaynadıb süzdükdən sonra gündə bir stəkan istehlak etmək məsləhətdir.

• Limon və duz

3 xörək qaşığı limon suyuna bir xörək qaşığı duz əlavə edərək qarışdırın. Hazırladığınız məhlulu həddindən artıq tərləmə hiss etdiyiniz nahiyəyə çəkin və 5-6 dəqiqə gözlədikdən sonra yuyun. Bunu gündə bir dəfə olmaqla iki həftə tətbiq edin.

• Qabartma tozu

Yarım stəkan suya 1 çay qaşığı qabartma tozu əlavə etdikdən sonra qarışdırın və tərləmə problemi olan nahiyələrə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bunu həftədə 2 dəfə tətbiq edin.

• Yunan lavandası

Yunan lavandası transpirasiyanı tənzimləyən bitkilərdən biridir. Bir çimdik Yunan lavandasını bir stəkan suda 5 dəqiqə qaynadın və soyuduqdan sonra için.

• Kokos yağı

Kokos yağı pis qoxuları aradan qaldırmaqda təsirlidir. İlıq duşdan sonra həddindən artıq tərləmə problemi olan nahiyələrə kokos yağı çəkə bilərsiniz.

Lakin allergiyası olanlara kokos yağından istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşmələri tövsiyə olunur.

Yaşıl çay "Hiperhidrozdan" xilas olmaq üçün çay və tonik olmaqla iki fərqli variantda istifadə edilə bilər.

Yaşıl çaydan qoltuqaltı, əl və ayaq kimi həddindən artıq tərləmə olan bölgələr üçün təmizləyici su kimi də istifadə etmək olar.

• Qara çay

Qara çay da yaşıl çay kimi həm içilir həm də tonik olaraq tərləmə problemi olan nahiyələrə çəkilir.

• Çörək sodası və əzvay

2 çay qaşığı çörək sodası 2 xörək qaşığı əzvay gelini qarışdırın və hazırladığınız məhlulu həddindən artıq tərləmə problemi olan nahiyəyə çəkin. Bunu nəticə əldə edənə dək hər gün tətbiq edin.

• İlıq adaçayı çayı, təzə və ya qurudulmuş nanə, sarıkök istehlakı isə bədəndəki həddindən artıq ifrazatı azaldır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...