Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

CƏMİYYƏT

410

14.06.2023, 20:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Görkəmli alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev dünyasını dəyişib.
 
Bu barədə AMEA-dan məlumat verilib
 
Bildirilib ki, D.Vəliyev 81 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, D.Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. Onun iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər", "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası", "Türk dünyası qlobal iqtisadi inkişaf yollarında" və digər kitab və dərsliklərin, 60-dan çox elmi məqalənin müəllifi idi. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.