Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
14.06.2023, 10:34
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda təşkil olunan “Fintex Summit 2023 – Maliyyə və Texnologiya Ekspo” sammitində iştirak edib.
Bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası və təhlükəsizlik mövzularında keçirilən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətləri, eləcə də dövlət qurumlarını təmsil edən rəhbər şəxslər çıxış ediblər. Qeyd olunan mövzularla bağlı 25 məruzəçi tərəfindən iştirakçılara geniş məlumatlar verilib.
“AzInTelecom” MMC sammitdə stendlə çıxış edib və əməkdaşlar tərəfindən tədbir iştirakçılarına SİMA brendinin məhsulları ilə bağlı ətraflı məlumatlar təqdim olunub.
Sammitdə “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasının iki yeni məhsulu – SİMA Data və SİMA Biometriya ilk dəfə olaraq ictimaiyyətə təqdim edilib.
Hazırda 100-dən çox müəssisənin inteqrasiyası davam etdirilir. SİMA mobil tətbiqi artıq 400 minə yaxın istifadəçi tərəfindən yüklənib.
Tədbirin gedişində “AzInTelecom”un əməkdaşları sammitdə iştirak edən yerli və xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tərəfdaş qismində çıxış edə biləcək qurumların nümayəndələri ilə birgə həyata keçiriləcək layihələr və xidmətlərin qarşılıqlı mübadiləsi ətrafında diskussiya aparıblar.



07:42 / 30 Sentyabr 2026
45
07:36 / 30 Sentyabr 2026
56
00:16 / 30 Sentyabr 2026
109
00:02 / 30 Sentyabr 2026
105
23:55 / 29 Sentyabr 2026
2217
23:47 / 29 Sentyabr 2026
82
23:43 / 29 Sentyabr 2026
86
23:34 / 29 Sentyabr 2026
70
23:23 / 29 Sentyabr 2026
177
23:12 / 29 Sentyabr 2026
106
23:08 / 29 Sentyabr 2026
88
23:07 / 29 Sentyabr 2026
63
22:50 / 29 Sentyabr 2026
79
22:39 / 29 Sentyabr 2026
95
22:28 / 29 Sentyabr 2026
121
22:28 / 29 Sentyabr 2026
1325
22:24 / 29 Sentyabr 2026
262
22:09 / 29 Sentyabr 2026
68
22:09 / 29 Sentyabr 2026
490
21:58 / 29 Sentyabr 2026
517
21:45 / 29 Sentyabr 2026
76
21:36 / 29 Sentyabr 2026
110
21:26 / 29 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.