Ticarət mərkəzlərində demək olarki, hər gün qızıl alveri gedir.
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, külli miqdarda pul verib aldıqları qızılın kefiyyətinə əminlik məsələsi insanlarda sual yaratmaqdadır.
Apardığımız sorğu zamanı alıcılar sadəcə satıcıya inanıb aldıqlarını, qızılın kefiyyəti və əyyarı ilə maraqlandıqlarını bildirirlər.
Satıcılar isə qiymətli metalı alarkən onun tərkibində qızılın kefiyyətli olub-olmamasını xüsusi üsulla yoxlayıb aldıqlarını deyirlər. Satıcılara inansaq, bazarda saxta qızıl və yaxud da kefiyyətsizi çox azdır.
Qeyd edək ki, 2018-ci ilin sonuna qədər Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası ölkədə satılan zərgərlik məhsullarına nəzarət funksiyasına malik idi, lakin bu qurum ləğv olunduqdan sonra sözügedən sahədə vahid idarəetmə mexanizmi yoxdur.
Bunun əvəzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Xidməti yaradılıb.
Hüquqşünas Şamil Paşayev deyir ki, saxta qızılı və yaxud da əyyarda alıcını aldatmaq faktı olarsa bu cinayət əməlidir.
O, məsləhət görür ki, vətəndaşlar qızıl alarkən kefiyyətinə əmin olmaq üçün satıcıdan onun sertifikatını tələb etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
ŞƏRHLƏR