Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90751
az

“Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” – Nazir açıqladı

15:2612 İyun, 2023
105
CƏMİYYƏT
  • A

“Bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil. Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”.

“OXU24.COM ” xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Nazir qeyd edib ki, burada iki qrupda məsləhətçilər çalışır: “Bir qrup Bakıda mobilliyin təmin olunması, digəri isə yeniliyin faydaları barəsində araşdırmalar aparır. Bütün dünya ölkələri şəhərlərinin əkizlərini hazırlayırlar. Taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var”.

“Bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. Hə, “ictimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar”.
Nazir vurğulayıb ki, birmənalı şəkildə taksi qiymətləri qalxacaq: “Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü