Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM

Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM

CƏMİYYƏT

320

09.06.2023, 16:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023-2024-cü illər ərzində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanununu hazırlamalıdırlar.