Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada PUA yaşayış binasına çırpıldı - Fotolar - Yenilənib

Rusiyada PUA yaşayış binasına çırpıldı - Fotolar - Yenilənib

CƏMİYYƏT

258

09.06.2023, 16:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Oxu24.com “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Qusev açıqlayıb. Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən, PUA-nın mənzillərin eyvan və pəncərələrinə ziyan vurduğunu görmək mümkündür. Hazırda hadisənin detalları araşdırılır.
Qusev Voronejdə PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət rejiminin elan edildiyini açıqlayıb. O, həmçinin bildirib ki, PUA-nın çırpıldığı binanın sakinləri təxliyə edilməyəcək. Ümumilikdə binada 90 sakinin yaşadığı məlumdur. Yaxın saatlarda təmir-bərpa işlərinə başlanılacaq.